Azərbaycanın orta məktəb şagirdləri TIMSS 2019-un uğura imza atdılar

Azərbaycanın orta məktəb şagirdləri TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq qiymətləndirməsində
riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıblar.
Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq
qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş
ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda Cənubi Qafqazda ən yüksək göstəriciyə
nail olublar.
Bəs, görəsən, tanınmış elm və təhsil adamları şagirdlərin bu uğuru ilə bağlı nə düşünür?
"İç xəbər" bir neçə ictimai-siyasi xadimin mövqeyini təqdim edir.
Bizimlə söhbətdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bunun
sevindirici və qürurverici hal olduğunu bildirib: "Şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələri Avropanın bir sıra inkişaf
etmiş ölkələrindən öndədir, Cənubi Qafqazda isə ən yaxşısıdır. Fikrimcə, təbiət fənlərində də bu nəticəyə çatmalıyıq”.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı isə deyib ki, bu uğur başlanğıc kimi
qiymətləndirilməlidir: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara çığırdır. Bu sahədə ancaq irəliyə
baxmalıyıq”.
Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimhan Mahmudov da fikirlərini açıqlayıb: "Şagirdlərimizin
riyaziyyat göstəricilərini təqdir edirəm və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsini
arzulayıram”.
Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev bildirib ki, şagirdlərin bu uğuru yeni
imkanlarən əldə olunmasına səbəb olacaq: "Şagirdlərimizin riyaziyyat üzrə nəticələri indiki halda bizə yeni baxış üçün
imkan yaradır, eyni zamanda təbiət fənləri üzrə sistemli iş aparmağı qarşımıza məqsəd kimi qoyur. Unutmayaq ki, XXI əsr
həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.
ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla da qeyd edib ki, 58 ölkə arasında 28-ci mövqedə
olmaq yaxşı nəticədir: "Bu, orta məktəblərimizin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun
olması deməkdir”.