Rusiyanın ən böyük banklarından biri casusluq faəliyyətində ittiham olunur

“Vneşekonombank”ın əsl məqsədi Kremlin strateji və kəşfiyyat işlərini həyata keçirməkdən ibarətdir
“Vneşekonombank” (qısa adı VEB, rəsmi adı “Xarici iqtisadi fəaliyyət və inkişaf bankı” Dövlət korporasiyası-red.) Rusiyanın ən böyük banklarından biri hesab edilir.
Adından göründüyü kimi, Rusiyanın xarici ticarətlə bağlı hesablaşmalar əsasən bu bankın üzərindən həyata keçirilir.
Lakin son dövrlərdə Qərb mediasında “Vneşekonombank”ın bank kimi deyil, kəşfiyyat orqanı olaraq fəaliyyət göstərdiyi barədə xəbərlər çıxmağa başlayıb.
“Uoll-Strit-də belə yer almasına rəğmən “Vneşekonombank” normal bank sayıla bilməz”,- The New York Times qəzetininyazarları Ben Protess, Endryu Kramer və Mayk Makintayr yazır.
Məqalə müəlliflərinin fikrincə,” Vneşekonombank” ətrafında gedən söz-söhbət Tramp və onun komandası üçün təhlükəli xarakter almağa başlayıb. Çünki bankın adı Trampın qərargahı ilə Rusiya hökuməti arasında gizli əlaqələrlə bağlı olaraq əks-kəşfiyyatın fokusuna düşüb.
Qəzet keçmiş prezident BarakObamanın bankın ABŞ-dakı fəaliyyətini qadağan etdiyini xatırladıb. Trampın qələbəsindən sonra isə bank rəhbərliyinin Obamanın sanksiyalarının qaldırılacağına olan ümidi artıb.
Bu məqsədləVEB-in sədri Sergey Qorkov keçən ilin dekabrında Nyu-Yorka gəlib. Qorkov burada JPMorgan Chase, Citigroup kimi nəhəng banklarının rəhbərliyi ilə sanksiyalaırn götürülməsi ilə bağlı danışıqlar aparıb. Adı çəkilən banklar VEB-in hesablarının tranzaksiyası, habelə onun aktiivlərinin emissiyasını həyata keçirirmişlər. Bundan başqa Rusiya dövləti VEB-in dəstəklənməsi məqsədilə 10 milyard dollar məbləğində yardım edib.
Həmin səfər zamanı Qorkov Trampın kürəkəni Cared Kuşnerlə də görüşməyə macal tapıb.
Qəzet yazdığına əsasən, FTB və Konqresin araşdırmaçıları Kuşner və Qorkov arasında görüş zamanı Rusiya prezidenti Vladimir Putinlə birbaşa xəttin qurulması ilə bağlı müzakirələr aparıb-aparılmamasını araşdırır.
Yazıda VEB-lə Trampın seçki qərargahı arasında bir çox bağlantıların tapıldığını da qeyd edir. Məqalədə bankın öz əsil fəaliyyətindən daha çox Kremlin, daha doğrusu Putinin təsirininartırılması ilə məşğul olan hökumət agenti kimi davrandığını bildirilir.
Bununla bağlı maraqlı faktlar da açıqlanır.
Məsələn Torontoda “Tramp otel”in tikintisi ilə məşğul olan Aleks Şnayder adlı biznesmen 2010-cu ildə Ukraynada metal zavodunu satmaq qərarına gəlir. O, sahibi olduğu Midland Resources Holding Ltd şirkətinə mənsub“Zaporojstal” zavodunu VEB-dən maliyyələşən 5 offşor şirkətinə satır.
Aleks Şneyder (ən sağda)
Sənədlər göstərir ki, Kiprdə və Britaniyanın Vircin adalarında fəaliyyət göstərən həmin şirkətlər zavodu Rusiya dövlətinin nəzarətinə keçirirlər”. Bankın offşor şirkətləri vasitəsilə strateji sahələrin Rsuaya dövləti tərəfindən ilhaq edilməsi məsələsi məşhur “Panama sənədləri” işində də öz əksini tapıb. Qəzet VEB-in Rusiyanın xüsusi xidmət orqanları ilə sıx bağlı olduğunu da ifadə edir. Məqalə müəllifləri 48 yaşlı Qorkovun Federal Təhlükəsizlik Xidməti akademiyasının məzunuolduğuna diqqət çəkərək onun məhz kəşfiyyatdan bank və neft işinə göndərildiyini yazır.
“Bankın ştatında olan əməkdaşların da kəşfiyyat işçiləri olduğu hər kəsə aydındır. Məsələn bu yaxnlarda VEB-in Nyu-York ofisinn əməkdaşı Yevgeni Buryakovun əslində Xarici Kəşfiyyat Xidmətinə çalışdığı və ABŞ biznesmeni Karter Peyci özlərinə çalışdırmaq üçün cəhd etdiyi ortaya çıxmışdı.