ABŞ diplomatiyası Trampla müharibə vəziyyətindədir

Dövlət Departamenti prezidentin siyasətinə qarşı qiyam edir
Heç şübhəsiz Donald Trampın prezidentliyi ABŞ diplomatiyası üçün ən mürəkkəb dövrlərdən bir olaraq yadda qalacaq.
ABŞ prezidenti az qala bütün müttəfiqləri ilə münasibətləri gərginləşdirib. Tramp ABŞ üçün strateji və prioritet sayılan bütün istiqamətlərdən vaz keçir.
Lakin Dövlət Departamentinin kadr diplomatları siyasi rəhbərliyin yeni strategiyası ilə razı deyillər. Peşəkar fəaliyyətlərində təmkinli reaksiya verməklə tanınan diplomat camiə yeni prezidentlə çalışmaq istəmirlər.
Bununla bağlı The New York Times qəzetində maraqlı yazı dərc olunub.
Məqalənin müəllifi Mark Lendler artıq bir sıra diplomat kadrların Ağ Evə qarşı narazılıqlarını və etirazlarını nümayişkaranə şəkildə dilə gətirdiklərini bildirir.
Bundan başqa, yeni administrasiyanın xarici siyasi kursu ilə barışmaq istəməyən diplomatlar ən son çarəni vəzifələrindən istefa verməkdə görürlər.
“Məsələn, ABŞ-ın Pekindəki müvəqqəti işlər vəkili Devid Renk öz əməkdaşlarını toplayaraq, prezident Donald Trampın İqlimlə bağlı Paris sazişindən çıxmaq haqqında qərarı ilə barışmadığı və bu qərarı müdafiə edə bilmədiyi üçün istefa verdiyini açıqlayıb”,- müəllif yazır.
Devid Renk
“Bir gün öncə isə,- Lendler davam edir,- ABŞ-ın Böyük Britaniyada səfir vəzifəsini icra edən Luis Lukens Tvitterdə London şəhərinin meri Sadık Xanı müdafiə edən status yazıb. Özü də Trampın eyni sosial şəbəkədə Sadik Xanla mübahisəyə girişdiyi bir vaxtda ... (Tramp London rəhbərliyini terrorçuların fəaliyyətinə az qala şərait yaratmaqda günahlandımışdı-red.).
Luis Lukens
Keçən ay isə ABŞ-ın Qatardakı səfiri Dana Şell Smit Trampın FTB direktoru Ceyms Komini qovmasına öz Tvitter səhifəsində belə bir reaksiya vermişdi: “Xaricdə olarkən səhərlər evdə nə baş verdiyini anlamaq getdikcə çətinləşir. Özü də mən bu günü öz ölkəmin demokratiyasını və hakimiyyət institutlarını anlatmaqla keçirməliyəm”.
Dana Şell Smit
Müəllif Dövlət Departamentinin elə ilk günlərdən Tramp administrasiyasının siyasətinə qarşı müqavimət ocağına çevrildiyini bildirir.
“Dövlət departameninin müxtəlif ölkələrdə çalışan 1000-ə yazın əməkdaşı Trampın müsəlman ölkələrdən gələnlərə müvəqqəti qadağa qoyulması barədə fərman əleyhinə kabloqramma imzalamışdılar. Bundan başqa, bir sıra yüksək rütbəli diplomatların öz vəzifələrəndən getməsi barədə xəbərlər gəlməyə başladı”.
Lendler son vaxtlarda Ağ Evlə diplomatik korpus arasında münaqişənin artıq getdikcə daha sərt xarakter aldığını vurğulayır.
“Bu xarici ölkələrdə xidmət göstərən diplomatlarla bağlı fövqaladə situasiyadır”, Corc Buş dövründə dövlət katibinin müavini vəzifəsində çalışan, nüfuzlu diplomat Nikolas Berns Lukens, Renk və Smitin demarşını şərh edərkən qəzetə bildirib.
Dövlət Deprtamentinin mənbələri isə Renkin şəxsi səbəblərlə vəzifəsindən getidiyini iddia edir. Diplomat isə jurnalistlərin suallarına israrla cavablandırmaqdan boyun qaçırır.
53 yaşlı Luken siə qəzetə elektron poçta verdiyi cavabda Dövlət Departamentindən tvit atmaq üçün icazə verilmədiyini, lakin fəlakətə məruz qalmış bir ölkəyə başsağlığı verməyin standart praktika olduğunu” söyləyib.
Trampa yaxın bəzi şəxslər isə Lukensin keçmişdə Hillari Klintonla yaxınlığına diqqət çəkərək onun dərhal qovulmasını tələb ediblər.
Nikolas Berns özü Luis Lukensin sağlam təfəkkürlə hərəkət etdiyini söyləyib.
Trampın Ağ Edə rəsmən səlahiyyətlərinə başladığı 5 ay içində bu qədər daxili və xarici problemi yaratmaq qabiliyyəti isə hər kəsdə heyrət doğurur.