Türkiyədə FV rejimi yenidən uzadıldı - səbəblər

Ekspertlər düşünür ki, 2018-ci il Türkiyə üçün olduqca kritik bir il olacaq
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda Təhlükəsizlik Şurası hökumətə ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.
Qeyd edək ki, 2016-cı ilin iyulunda baş verən FETÖ qiyamından sonra indiyə qədər Türkiyədə 6 dəfə fövqəladə vəziyyət rejimi uzadılıb və son müddət yanvarın 19-na qədər idi. Türkiyə Böyük Millət Məclisinin böyük ehtimallar təsdiqləyəcəyi bu qərarın müddəti aprelin 19-na qədər olacaq.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, bu qərar zərurətdən doğur:“İndiki şəraitdə daha 3 ay fövqəladə vəziyyət rejiminin uzadılması zərurətdən irəli gəlir. Türkiyə çox önəmli Şimali Suriya əməliyyatına başlayır. Prezident Ərdoğan son çıxışlarının birində Türkiyədən sonra Suriyada da PKK terrorçularını son yuvasına qədər qovacaqlarını bildirdi. Buna görə də daxili təhlükəsizlik çox önəmlidir. PKK, FETO, İŞİD təhlükəsi hələ də qalır.
Türkiyə fövqəladə vəziyyəti uzatmaq qərarı düzgün addımdır. Məhz Türkiyənin təhlükəsizliyi üçün iqtidar fövqəladə vəziyyət rejimini uzatmağa məcbur oldu. Fikir verin, son bir ildə Türkiyədə terrorun qarşısı kifayət qədər alındı, terrorçulara indiyə qədər vurulmayan zərbələr endirildi. PKK Türkiyədə demək olar ki, tam məhv edildi. Bu bir daha onu göstərir ki, fövqəladə vəziyyət rejiminin uzadılması Türkiyə dövlət təhlükəsizliyi üçün zərurətdən irəli gələn məcburi addımdır”.
Politoloq Nəzakət Məmmədova Türkiyə hökumətinin bu qərarı verməyə məcbur olduğunu düşünür: “Türkiyə Anayasasının 120-ci maddəsinə əsasən Təhlükəsizlik Şurası hökumətə fövqəladə vəziyyət rejimi tətbiq etmək tövsiyəsi verə bilər. Bu, ilk dəfə 2016-cıi il iyulun 21-də, yəni çevriliş cəhdindən bir həftə sonra elan olundu. Həmin vaxtdan etibarən Türkiyəyə qarşı daxili və xarici təhdidlər ara vermədən davam edir. Ona görə də prezident Ərdoğanın Milli Təhlükəsizlik Şurasından bu qərara razılıq alaraq onu hökumətə tövsiyə etməsi anlaşılandır. Prezident özü də dəfələrlə bildirib ki, bu, haqq və azadlıqların məhdudlaşdırılması üçün deyil, əksinə, qorunmasına yönəlmiş bir tədbirdir. Fövqəladə vəziyyət rejimində prezident və hökumət parlamentin razılığı olmadan belə qərarlar qəbul edə bilər. Çünki istənilən qərarın parlamentdə müzakirəsi və qəbulu vaxt aparan prosesdir, amma ölkənin təhlükəsizliyinə təhdid olarsa, prezidentin təcili qərarlar qəbul etmək hüququna malik olduğu hallar olur ki, bu da fövqəladə vəziyyət rejimidir. Fövqəladə vəziyyət rejimində Prezidentin sədrliyi ilə toplanan Nazirlər Kabineti qanun hökmündə olan qərarnamələr çıxara bilər və bu qərarnamələrdən Konstitusiya Məhkəməsinə şikayət etmək olmaz. Xüsusilə terror təhlükəsinə qarşı dərhal tədbirlər görülməsi üçün fövqəladə vəziyyət rejimi olmalıdır. Doğrudur, bu qərar Avropa Birliyinin narahatlığına səbəb olmuşdu. Çünki onlar üzvlüyə namizəd ölkə kimi Türkiyənin bu qərarının insan hüquq və azadlıqlarını məhdudlaşdıra biləcəyini düşünürdülər. Lakin bir sıra Avropa ölkələrində terror baş verdikdən sonra onlar da fövqəladə vəziyyət elan etdilər və yəqin ki, Türkiyəni daha yaxşı başa düşürlər.
Prosedur belədir ki, Təhlükəsizlik Şurasında ilkin müzakirədən sonra fövqəladə rejimin uzadılması qərarı prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə olunur və Məclisə təqdim olunaraq onun razılığı alınır.
FETÖ-nün çevriliş cəhdindən sonra artıq 6-cı dəfə bu qərar uzadılmış olur. Uzadılma səbəbləri isə qeyd etdiyimiz kimi, həddindən artıq çoxdur. Düşünürəm ki, 2018-ci il Türkiyə üçün olduqca kritik bir il olacaq. Həm 2019-cu il seçkiləri ərəfəsində həlledici olması, baxımından, həm də Suriya məsələsinin həlli və bunun birbaşa Türkiyənin suverenliyi və ərazi bütövlüyünə təsiri baxımından. Türkiyə daima bəyan edib ki, ölkəyə qarşı çevriliş cəhdlərinin yenidən törədilməsi istisna edilmir. Eyni zamanda terror aktları təhlükəsi həmişə var. Odur ki, belə bir şəraitdə bu qərar olduqca düzgün