ABŞ-ın dənizlərdəki şəksiz hökmranlığına son qoyulur

Rusiya və Çin okeanlar üzərində söz sahibi olmaq uğrunda Vaşinqtona meydan oxuyurlar; ABŞ admiralı ölkəsinin Pekin və Moskva ilə təkbaşına bacara bilməyəcəyini etiraf edir
“Sovet İttifaqının dağılmasından və bunun nəticəsində Rusiya donanmasının faktiki olaraq öz gücünü tamamilə itirməsindən sonra hər kəs okeanların hələ on illər boyunca ABŞ-ın şəxsi göllərinə çevriləcəyini təxmin edirdi. Lakin bu dövr artıq başa çatıb”.
Bu cümlələr NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı admiral Ceyms Stavridisin The Wall Street Journal jurnalında yazdığı məqalədə yer alıb.
“Bu gün biz Rusiya və Çinin hərbi-dəniz qüvvələrini necə gücləndirdiyinin şahidi oluruq. Ruslar öz hərbi-dəniz aktivlərini sürətlə bərpa edərək onlarla bağlı hiyləgər strateji seçimlər həyata keçirirlər. Çin isə oğurladığı texnologiyalar sayəsində ən yeni elmi nailiyyətləri hərbi donanmasında uğurla tətbiq edir”, - admiralın məqaləsində qeyd olunur.
Stavridis bununla bağlı bəzi statisistik məlumatlar da gətirir.
Admiral Ceyms Stavridis
“2020-ci ilə qədər ruslar ABŞ donanmasında ən yaxşı gəmilərlə müqayisə oluna biləcək 100 hərbi gəmi inşa etməyi planlayır. Onların 20-i Rusiyanın Ukraynadan işğal etdiyi Krımla hüdudlarda, Qara dənizin mübahisəli sularında üzəcək. Rusiyanın Suriyadakı münaqişə ilə əlaqədar Aralıq dənizində həyata keçirdiyi əməliyyatlar onların əllərində olan vasitələrdən necə effektiv şəkildə istifadə edə bilmək bacarığını göstərir”.
Məqalə müəllifinin fikrincə, Vladimir Putin zamanında Rusiya açıq dənizi əsl konfrontasiya zonasına çevirməyə nail olub.
“Rusiya gəmiləri və təyyarələri Qara dəniz və Baltik dəniz kimi açıq sularda qeyri-peşəkarcasına bizim gəmilər və hərbi təyyarələrimizlə burun-buruna gəlirlər. Hansısa pilotun və ya şturmanın hesabları düz tutmamasının gəminin korpusunun tüstülənməsinə və təyyarənin yerə düşməsinə gətirib çıxaracağı isə zaman məsələsidir”, - admiral xəbərdarlıq edir.
Stavridis Çinin Cənubi-Çin və Şərqi-Çin dənizlərindəki ambisiyalarının ağılsız hərəkətlərə yol açdığını bildirib. O, Pekinin bütün Cənubi-Çin akvatoriyasında hakimliyə iddia etdiyini və bununla əlaqədar Yaponiyanın gəmi və təyyarələrini əsassız yerə təqib altında tutduğunu söyləyir.
“Aydındır ki, həm Rusiya, həm də Çin ABŞ-a dənizdə meydan oxumaq qərarına gəliblər. İndi əsas problem bizim buna hansı şəkildə cavab verəcəyimizlə bağlıdır”, - keçmiş komandan qeyd edir.
Admiral Stavridisin fikrincə, Amerikanın əvvəlkindən daha çox gəmiyə ehtiyacı var.
“Biz öz müttəfiq və partnyorlarımızla birlikdə daha çox işlər görməliyik. NATO-nun əlində yüzlərlə böyük okean gəmiləri var. Lakin birgə təlim proqramları icra edilmir. Asiyada yaponların, cənubi koreyalıların, habelə avstraliyalıların və yeni zelandiyalıların real hərbi-dəniz potensialları mövcudddur. Lakin bizim bütün bu gücləri birləşdirməmiz lazımdır”.
Admiral Stavridis bu məsdəqlə piltotsuz təyyarə və sualtı qayığa , qanadlı raketlərə qarşı daha mütərəqqi sistemlərinə, habelə daha çoxqanadlı raketlərə ehtiyacları olduğunu sözlərinə əlavə edib.
“Nəhayət, bizim strateji nüvə silahlarına qarşı başlıca strateji vasitələrimizin qitələrarası ballistik raket formasında görünməyən sualtı qayıqlarda, yəni dənizdə yerləşdirildiyini unutmamalıyıq. Bu səbəbdən köhnələn bütün sistemlərin yenilənməsi milli prioritet məsələsinə çevrilməlidir”, - Stavridis yekunda bildirib.