ÜST-ün verdiyi informasiyaya əsasən, dünyada 20 milyon uşaq qızılca, difteriya və tetanus xəstəliklərinə görə vaksinlənməyib.

Planetimizdə təhlükəli infeksiyalardan qorunmaq üçün tətbiq olunan vaksinasiya dərəcəsi qeyri-kafidir və 2010-cu ildən bəri bu sahədə heç bir irəliləyişə nail olunmayıb.
Milliqazet xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq fondunun (YUNİSEF) birgə hesabatında verilib.
ÜST-ün verdiyi informasiyaya əsasən, dünyada 20 milyon uşaq qızılca, difteriya və tetanus xəstəliklərinə görə vaksinlənməyib. 2010-cu ildən sonra uşaq əhalisinin difteriyadan, tetanusdan və göy öskürəkdən qorunması üçün tətbiq olunan 3 dozalı , habelə qızılca üçün verilən bir dozalı immunlaşdırılma tədbirləri eyni dərəcədə- 86%-də qalıb. Lakin səhiyyə ekspertləri bu rəqəmin 95%-də olması gərəkdiyini söyləyirlər.
Mütəxəssislər yaranan situsiyanın əsas səbəbləri olaraq sosial qeyri-bərabərliyi və hərbi münaqişələri göstərirlər.
Dünyada peyvəndlənməmiş uşaqların, demək olar ki, yarısı 16 ölkənin - Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, İraq, Mali, Niger, Nigeriya, Pakistan, Somali, Cənubi Sudan, Suriya və Yəmənin payına düşür.
Buna rəğmən peyvəndlənmədən imtina hallarına inkişaf etmiş ölkələrdə rast gəlinir. Bunun nəticəsində 2018-ci ildə dünyada 318 min qızılca xəstəliyinə tutulan olub. Bu 2017-ci ildəki göstəricini 2 dəfə qabaqlayır. Qızılca xəstəliyinə tutulanların sayına görə Ukrayna, Konqo Demokratik Respublikası, Madaqaskar, Liberiya, Somali, Serbiya, Gürcüstan, Albaniya, Yəmən və Rumıniya liderlik edirlər.
Lakin hətta ABŞ-ın özündə belə 300 min, Fransada 70 min, Böyük Britaniya 60 min, Kanadada 38 min, İtaliyada 30 min, Yaponiyada 28 mindən çox vaksinləşməmə və buna görə xəstələnmə halları qeydə alınıb.