Ailələrin XOŞBƏXTliyi

Hikmət Nikbin
Həqiqətən də Azərbaycan Respublikası ailələrə məxsusdur, ailələrə aiddir.
Ölkə 26 ildir ailələrin maraqlarına tabe edilibdir.
Sanki, Azərbaycan dövləti bu ailələrin XOŞBƏXTliyi və hakimiyyətdə DAİMİlikləri üçündür.
Hətta Azərbaycan xalqından çox uzaq salınmış Konstitusiyada prezidentə verilən səlahiyyətlərin özündən belə bir nəticəyə gəlmək olar ki, bu Ölkə demokratik təsisatlara söykənmir.
Prezidentin səlahiyyətlərini az qala krallarla, sultanlarla müqayisə etmək olar.
Bu qədər səlahiyyətlərin məsuliyyətini üzərinə götürmək, düşünmək, qərar qəbul etmək, bir adama aid ola bilməz.
Bu səlahiyyətlərlə adamın 1 gününün 2 saatını istirahət etməyə vaxtı da qalmaz.
Ümumiyyətlə, prezidentin timsalında vəzifə sahibləri səlahiyyətlərinin öhdəsindən gələ bilmirlər.
Dediklərim həqiqətdir.
Şəxsi münasibətlər üzərində vəzifəyə təyin edilən böyük və kiçik kürsü sahibləri çoxdan özlərini Azərbaycan xalının dəstəyindən məhrum etmişlər.
Üstəgəl, Ölkədə əksər məmuru pulla, maşınla, bahalı hədiyyəylə satın almaq mümkün.
Çox əfsuslar olsun ki, ailə hakimiyyəti Konstitusiyanı gizlətməsini özünün XEYİRİ kimi başa düşür.
Şəxsi maraqlarına Ölkəni qurban verməkdədir.
Nəticədə, Azərbaycan Respublikası BƏDBƏXTləşir.
26 ildir idarəçilik cəmiyyətin ümumi maraqlarını ifadə edə bilmir.
Sadəcə, “seçilmiş”lərin müdafiəçisi rolundadır.
Axı ölkə insanları aşağılara və yuxarılara bölünüb (feodal təfəkkürü) .
Bu gün Vətənimizdə bir sadə insan deyə bilməz ki, məni Qanun müdafiə edir (hakimiyyətin göstərdiyi illuziyadır, yalandır) .
Çünki, Qanunlarımız çoxdan Xalqın gözündə ETİBARSIZlaşıb, əhəmiyyətini itirib.
Çünki, “böyük”lər üçün Qanunlar, məsələn, adi kağız parçasıdır.
O kağızları da pulla Məhkəmə “mağaza”larından satın almaq mümkün.
Ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti insanları ehtiyac adlı BOYUNDURUQla “itaət”də saxlayır.
Ancaq, idarəçilikdə bu təsadüfilər başa düşmür ki, insan həmişə çörəyinin dalınca qaçmır.
Bir gün onu çörək ilə sınağa çəkənlərin üstünə getməyi də var.
Ailə hakimiyyəti bir gerçəyi unutmasın ki, Ədalətdən məhrum edilmiş cəmiyyət susuz səhranı xatırladır.
İşsizlik, müalicəsizlik, insanlara bərabər imkanların ayrılmaması, bir qisimin, kəslərin fərqli zümrəyə çevrilməsi Ölkəyə QƏDDARLIQ “toxum”u səpir.
Cəmiyyəti vahid bir orqanizm kimi təsəvvür etsək, (əslində, vahid orqanizmdir) QƏDDARLIQ vahid orqanizm olan cəmiyyətin beyninin SAĞLAM düşüncəsini YEYİR, onunla QİDALANIR.
Belə cəmiyyətlər çox təhlükəli olur.
Belə cəmiyyətlərə bağışlamaq və acımaq hissi yaddır.
Özü üçün də, özlərini cəmiyyətdən üstün bilənlər üçün də bu, çox QORXULUdur.
Yuxarıda qeyd etdiyim kimi, axı, CƏMİYYƏTLƏR HƏMİŞƏ ÇÖRƏYİNİN DALINCA QAÇMIR !
BİR GÜN ONU ÇÖRƏKDƏN KƏSƏNLƏRİN ÜSTÜNƏ GEDİR !
MƏNDƏN DEMƏK, SİZİ BAŞA SALMAQ !
Özünüzə də, Azərbaycan cəmiyyətinə də bir yaxşılıq edin !
Gedin !