Tramp üçün daha yaxşısı nə olardı?..

Bir tərəfdən NATO-nun qarşıdakı iyul sammiti, digər tərəfdən prezidentlər D.Tramp və V.Putin arasındakı mümkün görüş söhbəti siyasi təhlilçilərin əməlli-başlı başını qatıbdır.
Avropa liderləri və NATO rəhbərliyi arasında da bir vurnuxma sezilir. Bir yandan özlərini elə göstərirlər ki, guya ki, Trampın Putinlə görüşü sammitini gedişində heç bir şəkildə ifadə olunmayacaq, o biri tərəfdən də maraqlarını saxlaya bilimirlər: görən, D.Tramp daha hansı orijinal bəyanatla və ya təkliflə çıxış edəcək?
Başa düşürəm, bizim səbrsiz oxucu düşünür ki, əcəba, öz siyasətimizdə orijinallıqlar azdırmı ki, durub D.Trampı güdməyə başlayaq ki, görən, o, bu dəfə hansı hoqqanı çıxaracaq?
Razıyam, amma qismən. Bilirsiniz, biz istəsək də, istəməsək də, bir çox problemlərin həllini böyük dövlətlərin təmaslarında axtarmaq lazım gəlir və üstəlik, bütün bu proseslər, xüsusən də AB və NATO istiqamətindəki olaylar Ermənistandakı prosesləri izləmək baxımından da maraqlıdır ki, görək, bu haylar indi hansı dona girəcəklər?
Trampa gələndə, Vallah, bu adam məntiqini tamam itiribdir. Hiss olunanı budur ki, ölkə daxilində o, “ABŞ siyasət maşını”na tam təslim olub, elə hey and aman edir ki, guya Rusiyaya qarşı ondan çox iş görən yoxdur, guya ki, Kremldə artıq fikirləşirlər ki, kaş, o, yox, xanım Hillari prezident seçiləydi...
D.Trampın düşməni iranlılar demişkən: Xub, inandıq, amma sualımız var. Bəs onda niyə sən Putinlə görüşə bu qədər can atırsan? Düşünmək olardı ki, Tramp Putini hansısa güzəştlərə vadar etmək istəyir. Bəs onda bunu onun bəyanatlarından niyə hiss etmirik? Axı bəyanatlarında Tramp tamam başqa şeylər deyir: “Krım Rusiyanındır, ona görə ki, burada hamı rusca danışır” və ya “Rusiyanı yenidən “böyük yeddilər”in sırasına qatmaq lazımdır”, yaxud da “Biz Rusiya ilə də münasibətləri yoluna qoymalıyıq” və s. və i...
Qərəz, qəti başa düşmək olmur ki, bu adam nə istəyir. Sadəcə, təkrar – təkrar qeyd etməyə məcburuq ki, onun istəyi tamam başqadır, hansısa səbəbdən bu adam Rusiyaya qarşı qəti acıqlı deyil, hesab edir ki, Kreml ilə danışıb Dünyanı bölmək daha düzgün olardı.
Amma heç nə alınmayanda siyasətçinin sonuncu yolu qalır: istefa vermək. Bəli, istefa vermək. Axı niyə D.Tramp istefa verməsin? Əgər o, Amerikada bir söz, Avropada başqa söz deyəcəksə, bunun nə onun özünə faydası olacaq, nə də Amerikaya.
Şəxsən bizi Trampın cəhdlərində ən çox xoşlandırmayan bilirsinizmi nədir? Bu adam təbii qlobal iqtisadi inkişafı nüvə başlıqlarının sayı ilə tənzimləmək istəyir. Bəli, Dünyada yeni iqtisadi güclər formalaşır və onlar artıq indidən ABŞ-ın dabanlarını tapdayırlar. Tramp da düşünür ki, əslində ABŞ-a təhlükə buradan gəlir və indidən bu mərkəzləri neytrallaşdırmaq lazımdır. Bunun da, bir daha deyirik ki, yolunu Rusiya ilə ittifaqda görür.
Nə isə... Bizə elə gəlir ki, axır bir gün Trampın siyasi fəaliyyətində dramatik an gəlib çatacaq. Elə bir an ki, o, ya öz istədiyi kimi hərəkət edəcək, ya da birdəfəlik dövlət və siyasət maşını qarşısında sınacaq. Di gəl, indiki simptomlar göstərir ki, D.Trampın artıq özfəaliyyətlə məşğul olmaq imkanları xeyli məhdudlaşıb. Ona görə də çabalayır və tez-tez də çaşır, necə deyər, dilinə yiyəlik etmək istəmir...
Amma ən çox narahatlıq yaradan budur ki, Dünya bundan qazanmır, daha da məchullaşır, qeyri-müəyyənləşir və xüsusən də ABŞ siyasətinin ətaləti artır: baxmayın, hər dəfə Trampın müqavimətini qırmaq, onu bu və digər qərarı qəbul etmək etməyə vadar etmək üçün vaxt və ya enerji sərf etmək lazım gəlir.
Məsələn, bir neçə dövlət, xüsusən də Gürcüstan, Ukrayna və Moldova düşünür ki, sammitdə onlara nə deyiləcək və hansı yeni mərhələ, hansı yeni status uydurulacaq?
Amma onlar bəlkə özləri də bilmir və yaxud da ürəklərinə yaxın buraxmaq istəmirlər ki, əslində Tramp onların problemlərinə tüpürmək də istəmir, əslində bunların onunçün zərrə qədər önəmi yoxdur, məsələn, onunçün Krımı rusiyanınkı kimi qəbul etmək və bu “korrupsiyaya qurşanmış post-sovet ölkəsi”nin dərdlərindən yaxasını birdəfəlik qurtarmaq daha yaxşı olardı. Eyni sözləri Gürcüstan və Moldova haqda da demək mümkündür: məgər onların Tramp üçün bir dəyəri varmı?..