“Qara qızıl” ucuzlaşır, manatın qara günləri başlayır...

Bu il ilk dəfə olaraq neft qiymətləri bir barel üçün 45 dollardan aşağı düşüb. Bu ötən yanvardan bəri 20 faiz eniş deməkdir. Eyni zamanda neft qiymətləri ilin birinci yarısında 1997-ci ildən bəri ən böyük ucuzlaşmaya məruz qalıb.
“Brent” markalı neftin bir barelinin qiyməti iyunun 21-də axşam 44, 51 dollar olub. Bu, bir gün əvvəllə müqayisədə 3. 26 faiz azdır. Ekspertlər bildirirlər ki, neft qiymətlərinin kəskin düşməsinə Liviya və Nigeriyada hasilatın artması barədə xəbərlər səbəb olub. Bu iki ölkə OPEC-in hasilatı azaltmaq barədə razılaşmasından istisna təşkil edir. Digər səbəb isə ABŞ-da xam neft və benzin ehtiyatlarının gözlənildiyindən daha çox olmasıdır. Bütün bunlar öz növbəsində OPEC-in qiymətləri qaldırmaq məqsədilə hasilatı azaltmaq barədə razılaşmasına ümidləri azaldır.
Amerikada neft hasilatının artması OPEC-in əldə etdiyi razılaşmanın bütün effektini sıfıra endirib.
Ekspertlər arasında neft qiymətlərinin bir barel üçün 30 dollara düşə biləcəyini proqnozlaşdıranlar da var.
Neftin ucuzlaşması isə manatın sabitliyinin əsas dayaqlarından birinin itirilməsi deməkdir. Qiymətlər bu həddə davam edərsə, manatın durumu necə ola bilər? Onu da xatırladaq ki, neftin ucuzlaşması ilə artıq Rusiya rublu də zəifləməyə başlayıb.
Bu mövzunu şərh edən iqtisadçı ekspert, hüquqşünası Əkrəm Həsənov bildirdi ki, neftin qiymətinin düşməsi manat üçün çox ciddi təhlükədir. Elə 2015-ci ildə də bu səbəbdən iki dəfə devalvasiya oldu. O zaman olduğu kimi, biz hələlik yenə də manatın məzənnəsini valyuta ehtiyatları hesabına süni şəkildə saxlamağa çalışırıq. Amma 2 il əvvəl olduğu kimi, bu sonsuz müddətə davam edə bilməz və nəticədə bizdə yenə də kəskin devalvasiya ola bilər”.
Ekspertin fikrincə, artıq birdəfəlik başa düşmək lazımdır ki, neftin yaxın dövrdə bahalaşma ehtimalı yoxdur, düşmə ehtimalı isə yüksəkdir: “Bizim əsas valyuta gəlirimiz isə məhz neftdəndir. Xarici valyuta gəlirimiz azalırsa, deməli xarici valyuta bizdə bahalaşmalıdır. Bizdə də Rusiya kimi milli valyuta sərbəst üzsə idi, artıq çoxdan devalvasiya olmuşdu. Hər bir halda valyuta ehtiyatlarımız sonsuz deyil. Buna görə də Mərkəzi bank əvvəl-axır özünü doğrultmayan bu süni valyuta siyasətindən əl çəkəcək. Sadəcə bu proses nə qədər gec başlasa, bir o qədər zərərli olacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli də danışarkən vurğuladı ki, Rusiyadan fərqli olaraq Azərbaycanda qiymətli kağızlar bazarı və iqtisadi institutlar yoxdur. Rusiyada gün ərzində 11 min nəfər fiziki və hüquqi şəxs onlyn rejimdə saniyə-saniyə birjada valyutanın alış-satışını həyata keçirir. Əsl üzən məzənnə rejimində fəaliyyət göstərir. Ona görə də dünya bazarında baş verən proseslər Rusiyaya dərhal təsir göstərir. Son 3 gündə rubl artıq 3 faiz dəyər itirib. 55 rubl 1 dollar idisə, artıq 1 dolların məzənnəsi 60 rublu keçib. Azərbaycanda isə inzibati üsullarla tənzimlənən bir iqtisadi model var. Adını üzən məzənnə qoysalar da, həftədə cəmi iki dəfə hərrac keçirilir. Hərracda cəmi bir oyunçu- yəni, Neft Fondu öncədən bəlli olan bir həcmdə valyutanı- 35 milyon dolları satışa çıxarır. Alıcılar da bəllidir, təqribən 25 bank bu hərraclara maraq göstərirlər. Onlar valyutanı alırlar. Formal olaraq adını üzən məzənnə qoysalar da tam inzibati qaydada, nəzarət altında faəliyyət göstərən bir məzənnə rejimidir. Ona görə də, dünya bazarlarında baş verən hadisələr Azərbaycana həmən təsir göstərmir. Amma dolayısı ilə təbii ki, neftin qiymətlərinin düşməsi ölkənin bütün makroiqtisadi göstəricilərinə, ÜDM artımından tutmuş xarici ticarət balansına, ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir.
Bu il neftin qiyməti maksimual 58 dollar olmuşdu. Artıq 44 dollara qədər düşüb. Yəni 20 faizdən yuxarı qiymət azalması qeydə alınıb. Bu isə o deməkdir ki, Azərbaycanda valyutanın daxil olmasında da ciddi azalma müşahidə olunacaq. Bizdə daha bir problem də ondan ibarətdir ki, bizdə hasilat da hər azalır. İlin əvvəlindən artıq hasilat 9 faiz azalıb və bu çox ciddi bir rəqəmdir. Həm qimyət düşür, həm də satdığımız neftin həcmi azalır. Ona görə də bu ölkənin valyuta ehtiyatlarına, dolayısı ilə manatın məzənnəsinə təsir edəcək.
Lakin mən bu təsirin həmən özünü göstərəcəyini gözləmirəm. Bu gün Mərkəzi Bank açıqlama yayıb ki, avqust ayında uçot dərəcələrini aşağı salacaq. Bu o deməkdir ki, Mərkəzi Bank da pul dövriyyəsini azaltmaqla manatı indiki səviyyədə saxlamağın iqtisadi aktivliyə böyük zərbə vurduğunu anlayıb. Mərkəzi Bankın açıqlamasının mənası budur ki, avqust ayından sonra manat kütləsi artırılacaq. Belə olan halda manatın dövriyyəsi də artırılacaq. Neftin ucuzlaşmasını, FED-in növbəti dəfə faiz dərəcələrini artırmasını da nəzərə alsaq, təbii ki, manatın ucuzlaşması üçün təhlükələr yaradır. Ancaq əvvəlki illərdə gördüyümüz kəskin devalvasiyalar olmayacaq. Çünki onlar iqtisadiyyata böyük zərbə vurur. Mərkəzi bank məzənnəni tədricən dəyişərək 1.90-1.92 səviyyəsinə