Polis, evə basqın etdi...

Abşeron rayonu, Saray qəsəbəsində yaşayan siyasi-içtimai fəal, Məcidov Elmir həbs edilib.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, dünən axşam saatlarında mülki və polis geyimli təhlükəsizlik məmurları fəalın mənzilinə hücum edərək onu, özləri ilə naməlum yerə aparıblar.
Fəalın evində axtarış aparılıb, ona məxsus komputer və mobil telefon müsadirə olunub.
Qeyd edək ki, Məcidov Elmir bundan əvvəl də, siyasi fəaliyyətlərinə görə bir neçə dəfə polis orqanları tərəfindən saxlanılıb və inzibati həbsə məhkum edilib. Saxlanılarkən işgəncəyə məruz qalıb.
Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.