Polis, siyasi mühacirin evində axtarış apardı...

12.03.2025- ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi mühacir, Əzizov Nəciməddin Mirəddin oğlunun Xətai rayonunda yerləşən, yaşadığı ünvana bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Əzizov Nəciməddinin atası, Əzizov Mirəddin polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Xətai rayon, Polis idarəsinə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Əzizov Mirəddin polis idarəsində olarkən, ondan oğlu, Əzizov Nəciməddin barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin, Əzizov Mirəddin, oğlu ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda övladının harada olmağı barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən dindirilən, Əzizov Mirəddinə qarşı fiziki və psixololoji təzyiqlər olunmuşdur. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, Əzizov Mirəddin sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Əzizov Nəciməddin Mirəddin oğlu Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Xətai rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamağımıza baxmayaraq, zəngimizə cavab verən olmamışdır.