Avropada yaşayan siyasi mühacirin ailəsinə təzyiq olundu.....

13.03.2025- ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi mühacir, Kərimov Səbuhinin Sumqayit şəhərində yerləşən, yaşadığı ünvana bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Kərimov Səbuhinin atası, Kərimov Ibrahim polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək Sumqayıt şəhər, polis idarəsinə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Kərimov Ibrahim polis idarəsində olarkən, ondan oğlu, Kərimov Səbuhi barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin, Kərimov Ibrahim oğlu, Kərimov Səbuhi, ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Kərimov Ibrahimə oğlu, Kərimov Səbuhinin ölkə daxilində polis əməkdaşları tərəfindən axtarışda olduğu barədə məlumat verilmişdir. Sumqayit şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dindirilən, Kərimov Ibrahim polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, Kərimov Ibrahim sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Kərimov Səbuhi, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Sumqayit şəhər Polis İdarəsi ilə telefon əlaqəsi saxlamağımıza baxmayaraq, zəngimizə cavab verən olmamışdır.