Polis, siyasi muhacirin evinə basqın etdi

6 oktyabr 2024-cü ildə günorta saatlarında, Qəbələ rayonu polis idarəsinin əməkdaşları, siyasi mühacir, Kərimova Afaqın yaşadığı və qeydiyyatda olduğu evdə axtarış aparıb.
Bu haqda media orqanlarına siyasi mühacirin atası, İsayev Əlisəfa vəkil vasitəsilə məlumat verib. Qəbələ rayon sakini, İsayev Əlisəfanın bildirdiyinə görə qızı, Kərimova Afaq öz övladı ilə birlikdə ölkə xaricində yaşadığı üçün qeydiyyatda olduğu ünvanda heç bir kəs yaşamamışdır.
Bu səbəbdən, atası, İsayev Əlisəfa qonşuluqda yaşadığı üçün mütəmadi olaraq, Kərimova Afaqın evinə nəzarət etmişdir. 6 oktyabr 2024-cü il tarixində günorta saatlarında polis əməkdaşlarının qışqırıq səsini eşidən, İsayev Əlisəfa küçəyə çıxaraq bir neçə polis əməkdaşları tərəfindən, Kərimova Afaqın yaşadığı evin mühasirəyə alındığına dair şahidi olmuşdur. Atası, İsayev Əlisəfanın bildirdiyinə görə, Kərimova Afaqın evində yaşayış olmadığı üçün Qəbələ rayon polis əməkdaşları evin qapısını qıraraq heç bir rəsmi icazə sənədi olmadan evdə axtarış aparmışdır. Təxminən 40-45 dəqiqə axtarış aparıldıqdan sonra polis əməkdaşlarının qanunsuz əməlinə müdaxilə edən, İsayev Əlisəfa polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Qəbələ rayon polis idarəsinə aparılmışdır.
Bölmədə onu bir neçə saat dindiriblər, həmçinin qızı, Kərimova Afaqla telefon əlaqəsi saxlamağa məcbur ediblər. Lakin, İsayev Əlisəfa qızı, Kərimova Afaqla heçbir əlaqəsi olmadığı və hal-hazırda hansı ölkədə yaşadığı barədə heçbir məlumatının olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları, İsayev Əlisəfaya ciddi şəkildə psixoloji ve fiziki təzyiq göstəriblər, ona hədə-qorxu gəliblər və əgər polis əməkdaşları ilə iş birliyi etməsə öz ailəsinin başına pis işlər gələ biləcəyi haqda məlumat vermişdirlər.
Kərimova Afaqın atası, İsayev Əlisəfa 7 oktyabr 2024-cü il tarixində gecə saatlarında tapşırıq verilərək evə buraxılmışdır.
Əlavə məlumat üçün bildiririk ki, Kərimova Afaq ölkədə olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə hakimiyyət orqanları tərəfindən həbs və təzyiqlərə məruz qaldığı üçün övladı ilə birgə ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Mətbuata verilən məlumata görə, Kərimova Afaqın həyat yoldaşı, Kərimov Elvin hakimiyyət orqanları tərəfindən həbs edilmişdir və hal-hazırda məhbus həyatı yaşayır.