Polis, avropada yaşayan siyasi mühacir, Məmmədov Vüqarın evində axtarış aparıb

7 iyun 2023-cü ildə günorta saatlarında, Salyan Şəhər Polis İdarəsinin əməkdaşları, Avropada yaşayan siyasi mühacir, Vüqar Məmmədovun yaşadığı və qeydiyyatda olduğu evdə axtarış aparıb.
Bu haqda media orqanlarına siyasi mühacirin bacısı, Davudzadə Kəmalə vəkil vasitəsilə məlumat verib. Salyan şəhər sakini, Davudzadə Kəmalənin bildirdiyinə görə qardaşı, Məmmədov Vüqar öz ailəsi ilə birlikdə uzun illərdir ölkə xaricində yaşadığı üçün qeydiyyatda olduğu ünvanda heç bir kəs yaşamamışdır. Bu səbəbdən Davudzadə Kəmalə qonşuluqda yaşadığı üçün mütəmadi olaraq qardaşı, Məmmədov Vüqarın evinə nəzarət etmişdir. 7 iyun 2023 cü il tarixində günorta saatlarında polis əməkdaşlarının qışqırıq səsini eşidən, Davudzadə Kəmalə küçəyə çıxaraq bir neçə polis əməkdaşları tərəfindən, Məmmədov Vüqarın yaşadığı evin mühasirəyə alındığına dair şahidi olmuşdur. Davudzadə Kəmalənin bildirdiyinə görə, Məmmədov Vüqarın evində yaşayış olmadığı üçün Salyan şəhər polis əməkdaşları evin qapısını qıraraq heç bir rəsmi icazə sənədi olmadan evdə axtarış aparmışdır. Təxminən 30-35 dəqiqə axtarış aparıldıqdan sonra polis əməkdaşlarının qanunsuz əməlinə müdaxilə edən, Davudzadə Kəmalə polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Salyan şəhəri polis idarəsinə aparılmışdır.
Bölmədə onu bir neçə saat dindiriblər, həmçinin qardaşı, Məmmədov Vüqarla telefon əlaqəsi saxlamağa məcbur ediblər. Lakin, Davudzadə Kəmalə qardaşı, Məmmədov Vüqarla heçbir əlaqəsi olmadığı və hal-hazırda hansı ölkədə yaşadığı barədə məlumatının olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları, Davudzadə Kəmaləyə ciddi şəkildə psixoloji ve fiziki təzyiq göstəriblər, ona hədə-qorxu gəliblər və əgər polis əməkdaşları ilə iş birliyi etməsə öz ailəsinin başına pis işlər gələ biləcəyi haqda məlumat vermişdirlər.
Məmmədov Vüqarın bacısı, Davudzadə Kəmalə 8 iyun 2023 tarixində gecə saat 1 radələrində tapşırıq verilərək evə buraxılmışdır.
Əlavə məlumat üçün bildiririk ki, Məmmədov Vüqar Azərbaycanda olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə hakimiyyət orqanları tərəfindən həbs və təzyiqlərə məruz qaldığı üçün ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
ICXEBER.info