Rusiyada əhalinin sayı ildən-ilə azalır.

“Belarus, Ukrayna və Qırğzısıtandakı hadisələrin ortaq nöqtəsi burada milllenial (1981-1996-cı illərdə
anadan olan) və “Z” (1997-2012-ci illərdə doğulan) nəslin ciddi fəallığıdır. Bu mənada əslində Rusiya
gəncliyindən də çox şeylər gözlənilir.
“Son illərdə aparılan sorğulara görə, məhz gənc insanlar Putin hakimiyyətindən ən çox narazı olan kəsim olaraq
görünür”,-deyə Avropa siyasəti analiz mərkəzinin eksperti Mariya Sneqovaya, “Levada-sentr” mərkəzinin direktor
müavini Denis Volkov və sosioloq Stepan Qonçarov “Foreign Policy” jurnalı üçün yazdığı məqalədə bildirilir.
Müəlliflərin yazıdğına əsasən, bu kəsim əhalinin qalan hissəsinə görə daha az millətçi olmaqla bərabər insan
haqları və demokratik qaydaların bərqərar olmasında daha maraqlı görünür.
Belə ki, bu ilin iyun-iyul aylaırnda keçrilən rəy sorğularında 18-24 yaş arası gənclərin Putin siyasətindən narazı
olduğu (50%) görünüb. İyul arşadırmasında isə gənclərin 62%-i ölkənin “səhv yolda olduğunu” bildirib (qalan yaş
qruplarında bu rəqəm 40%-i aşmayıb).
Tədqiqatın nəticələrinə görə, Vladimri Putinin gənclər arasındakı etibarlılıq göstəricisi 7%-i keçməyib. (Orta yaşlı
əhalidə bu rəqəm 23% olub). Bu ilin avqust ayında 18-24 yaş qrupunun sadəcə 23%, 25-39 yaşlılaırn isə 31%-i
prezident seçkilərində Putini dəstəkləyəcəklərini söyləyiblər.
Müəlliflərin fikrincə, buna rəğmən gəncliyin sistemi dəyişdirəcək dərəcədə gücü hələlik müşahidə edilmir. Öncə
bunun obyektiv cəhətləri mövcuddur.
Belə ki, Rusiyada əhalinin sayı ildən-ilə azalır. 2019-cu ildə keçirilən əhalinin yeni siyahıya alınmasında 15-29
yaş arası insanların bütün rusiyalıların sadəcə 16,5%-ni təşkil etdiyni üzə çıxarıb. Bu isə 1989-2003-cü ildə
uşaqların doğum faizinin aşağı olması ilə əlaqədardır. Halbuki 2010-cu ildə eyni yaş qrupu 24%-lik bir paya
malik idi.
Üstəlik, gənc rusiyalıların siyasi həyatda iştirak etmək həvəsləri də yoxdur. Sorğular gənc kəsimin sadə 20%-nin
siyasətlə yaxından maraqlandığını nümayiş etdirib.
"İç xəbər"