Qadınların ən çox ayrı-seçkiliyə məruz qaldığı ölkələ

Röyters-in versiyasına görə ABŞ 2018-ci ildə qadınlar üçün dünyanın ən təhlükəli ölkələri siyahısında ilk onluqda yer alıb. Siyahı tərtib edilərkən səhiyyə, irqi ayrı-seçkilik, cinsi və qeyri-cinsi zorakılıq, insan alveri, yaxud istismar nəzərə alınıb.
Siyahıda birinci yeri Hindistan, ikinci yerdə Əfqanıstan durur, üçlüyü Suriya bağlayır. Bundan sonra siyahıya Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən, Nigeriya və ABŞ daxildir.
2018-ci il üçün tibbi xidmət çatışmazlığı nəzərindən ən müdafiəsiz ölkələr Əfqanıstan, Suriya və Somali olub.
Qadınların ən çox ayrı-seçkiliyə məruz qaldığı ölkələr isə Əfqanıstan, Səudiyyə Ərəbistanı və Hindistandır. Burda onlara qarşı işdə, maaş almada, torpaq, mülkiyyət irsiyyətində ayrı seçkilik olur, bundan başqa təhsil və tam qidalanmada problemlərlə üzləşir.
Qadınlar üçün ənənəvi təhlükələr siyahısında sulfat turşusu ilə hücum, məcburi evlilik, fiziki təcavüz, cəza kimi bəzi üzvlərin kəsilməsi, qız uşaqlarının öldürmə və sair daxildir. Bu parametrlərlə ilk üçlüyə Hindistan, Əfqanıstan və Somali daxildir.
Hindistan, Konqo DR və Suriya (bir yerdə) qadınların cinsi təcavüzə məruz qaldığı ölkələr siyahısında üçlüyə daxildir. Bura müharibə şəraitində təcavüz, evdə zorakılıq, yad insan tərəfindən təcavüz, cinsi istismara məruz qalanda məhkəmənin əlçatmazlığı və sair daxildir.
Qeyri-cinsi təcavüz nəzərindən - o cümlədən münaqişə zamanı qəddarlıq, fiziki, psixoloji və ev şəraitində zorakılıq məsələlərində Əfqanıstan, Suriya və Hindistan liderlik edir.
İnsan alveri və cinsi istismar nəzərindən ən təhlükəli ölkələrin ilk üçlüyünə Hindistan, Liviya və Myanma daxil olub. Bura iaşə köləliyi, məcburi əmək, məcburi evlilik və cinsi köləlik daxildir. Bu kateqoriyada 4-cü yerdə Nigeriya və Rusiya durur.
Amerika Birləşmiş Ştatları ilk onluqda duran yeganə qərb ölkəsidir. Cinsi zorakılıq, o cümlədən təcavüz və belə hallarda məhkəmələrin əlçatmazlığı siyahısında isə üçüncüdür. Nəticələr ötən il #MeToo kampaniyası zamanı minlərlə qadının müxtəlif şəraitlərdə təcavüz və zorakılıqla bağlı yaşadıqlarını paylaşdıqdan sonra qeydə alınıb.