Qaçqın düşərgələrində yaşayan rohingyalılar intihar barədə düşünür-VİDEO

Banqladeş düşərgələrində yaşayan myanmarlı müsəlmanlar ruhi vəziyyətləri ağırdır, bəziləri intihar barədə düşünürlər.Məlumata görə Beynəlxalq Miqrasiya Agentliyi (IOM) bu barədə məlumat yayıb.
Bildirilir ki, yaşyış şəraitlərinin əlverişsizliyi, pis sanitariya və gigiyenanın yanında, ərzaq çatışmazlığı da qaçqınların psixi vəziyyətinə mənfi təsir göstərir.
(rohingyalı müsəlman uşağın çəkdiyi rəsm)
Qurumum araşdırması zamanı Koksda Bazar rayonunda sakinlərin sıx yaşadığı nəhəng düşərgədə uşaqların 38 faizinin və böyüklərin 74 faizinin özlərini hər zaman kədərli hiss etdikləri müəyyənləşib. Gənclərin 4 faizində isə intihar düşüncələri olub.
Bundan başqa böyüklərin 53 faizi travma alıb və daim itirdikləri ailə üzvləri barədə kədərlənirlər.
Düşərgəldə uşaqların ¼ kəskin qida azlığından əziyyət çəkir, onlardan 7,5 faizi bununla əlaqədar ölüm riski altındadır.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında Myanma ordusu Rohinqyanın mülki vətəndaşlarına qarşı hərbi əməliyyatlarına başlayıb. Humanitar təşkilatların bəyanatlarına görə, həmin əməliyyatlar zamanı hərbçilər insanlığa qarşı cinayət işlətdiblər – qadın, uşaqlar da daxil olmaqla minlərlə insan yandırılmış, zorlanmış, kütləvi şəkildə qətlə yetirmiş, deportasiyaya məcbur edilmişdir. Ötən ilin avqustundan bəri rəsmi mənbələrə görə 688000 rohingyalı öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Myanmada rohingya xalqına qarşı etnik təmizləmə əməliyyatları və evlərindən qovulma halları bu gün də davam edir. BMT Baş Katibinin İnsan Haqları üzrə köməkçisi Endryu Qilmer bir müddət əvvəl rohingya müsəlmanlarının öz evlərini tərk etmələri üçün sıxışdırılmasının terror və aclıq kompaniyası ilə müşaiyyət edildiyini bildirmişdi.
2017-ci ilin avqustundan bəri Myanma rejiminin etnik təmizləmə əməliyyatları nəticəsində sözügedən düşərgəyə 600000 müsəlman sığınıb. Təkcə son 4 ayda onların sayı 19000 nəfər artıb.