Şimali Koreya böhranının həlli üçün Tramp yeni taktika seçəcək

Şimali Koreyanın altıncı və ən güclü nüvə silahını sınaqdan keçirməsindən sonra ABŞ daha sərt sanksiyalar tətbiq ediləcəyini və hərbi müdaxilənin artıq masada olduğunu bəyan etdi.
Ekspertlər isə Çinin yardımı olmadan ABŞ-ın Şimali Koreya məsələsini uğurla həll edəcəyini düşünmürlər. Çin ABŞ-Cənubi Koreyanın birgə hərbi əməliyyatlarının sonlandırılması müqabilində Şimali Koreyanın nüvə proqramını dayandırmasını təklif etdi. Hərbi təlimləri sonlandırmaq ideyasını isə ABŞ rədd edib.
Namizəd olduğu zamanda və prezident olduqdan sonra Trampın Şimali Koreya məsələsinin həll etmək etmək üçün üç ideyası olub: hərb, sanksiyalar və Çinə iqtisadi təzyiqlər göstərməklə Şimali Koreyaya qarşı hərəkət keçməsinə nail olmaq...
Müharibə...
ABŞ-ın müdafiə naziri Ceyms Mattis bu həftənin əvvəlində bəyan etdi ki, ABŞ-a və ya onun müttəfiqlərinə Şimali Koreya tərəfindən hər hansı bir təhlükə olarsa “böyük hərbi əməliyyat” keçirəcəyini bəyan etdi. Bundan əlavə ABŞ-ın BMT-dəki səfiri Kim Çen İni “müharibəyə dəvət” çıxartmaqla təqsirləndirdi.
“Kim Çen İn danışıq aparmaq istəmir. O, həm iqtisadiyyatını, həm də nüvəsini inkişaf etdirmək istəyir. İkisini də eyni vaxtda istəyir” – Seulda Milli Təhləksizlik Strategiyası İnstitutunun direktoru Park Byanq-kuan deyib.
Direktor Koreya yarımadasında vəziyyətin pisləşdiyini və müharibənin mümkün variant olacağını deyib.
Parka görə, Trampın üç seçimi var: sanksiyalar, Kimlə birbaşa danışıq və yaxud Şimali Koreyaya qarşı hərbi əməliyyatlar. Lakin əgər ABŞ Cənubi Koreya və Yaponiya, iki ən yaxın müttəfiqi ilə birləşsə hərbi müdaxilənin olma ehtimalı qeyri-müəyyən görünür. Hər iki ölkə Şimali Koreyaya qarşı hərbi əməliyyatlar keçirilməsinə etiraz edir.
Hərbi müdaxilə Çini də konfliktə daxil olmağa vadar edəcək. Pekin Pxenyanın nüvə proqramına qarşıdır, lakin Kim rejiminin çökməsini də istəmir. Çin 1950-1953-cü illərdə Koreya müharibəsinə Koreyanı müdafiə etmək və ABŞ-a qarşı vuruşmaq üçün milyondan çox əsgərini göndərib vuruşmuşdu.
Çinə tariflər müəyyənləşdirmək...
İkinci variant Çinə tətbiq ediləcək tariflər ola bilər. Çin Şimali Koreyanın ən əhəmiyyətli müttəfiqidir və ən böyük ticarət partnyorudur. Şimali Koreyanın 90% xarici ticarəti Çinlədir.
2015-ci ildə o, 2,3 milyard dollar məbləğinda malları Çinə ixrac edib. Çindən sonra ikinci yerdə Hindistan gəlir.
Digər tərəfdən Şimali Koreya ilə olan bütün ticarət əlaqələrini kəsməyi tələb edən ABŞ-ın ən böyük ticarət partnyoru da Çindir. Çinlə ticarəti qadağan etmək qərarını isə Konqres verə bilər.
Tramp Çindən idxal olunan mallara qarşı yeni tariflər müəyyən edə bilər və nəticədə Çin malları bahalı olar. Ekspertlərə görə isə belə bir qərar çıxarsa Çinlə ticarət müharibəsinə gətirib çıxaracaq. Nəticədə zərərçəkən isə istehlakçılar olacaq.
Avstraliya hökumətinin ticarət üzrə məsləhətçisi iqtisadçı Saul Esleykə bildirir ki, Tramp tariflərin tətbiq edilməsini Şimali Koreya təhlükəsini dəf etmək üçün olduğunu açıqlayacaq. Digər variantlar isə Çin mallarının ABŞ bazarına girişini, ABŞ-a səyahət etmək və Çinə tariflər müəyyənləşdirilməsi üçün müttəfiq ölkələrə, məsələn, Avstraliyaya təzyiq etmək ola bilər. Lakin ekspert qeyd edir ki, belə tariflər Çindən çox ABŞ-a mənfi təsir göstərəcək.
Esleyk qeyd qeyd edir ki, Şimali Koreyaya təzyiq göstərmək üçün ABŞ-ın əlində çox az vasitələr mövcuddur.
Çin həmçinin ABŞ borclarının ən böyük sahibidir. La Trobe Universitetinin professoru Bencamin Həbib yazır ki, Çini Şimali Koreyaya qarşı hərəkət etməyə vadar etmək üçün düşünülmədən qoruyucu spiral və yaxud Çini “dollar bombasını” atmağa məcbur etməklə qlobal çöküşü riskə atmaq ağlabatan strategiya deyil.
Birbaşa danışıqlara gəldikdə isə ekspertlərə görə bu, Pxenyanı ikna etmək üçün bir rol oynamayacaq. Çünki Kim bilir ki, Qəddafi 2003-cü ildə nüvə proqramını dayandırmağa razı gəlmişdi. Lakin heç 10 il keçmədi ki, Qəddafi devrildi. Rejim üçün nüvə sığortadır.
Şanxayda yerləşən Fudan Universitetinin Amerikan Mərkəzinin başqanı Şen Dinqli isə bildirir ki, həm Çin, həm də ABŞ artıq Şimali Koreyanın nüvə statusunu qəbul etməlidir və Pxenyanla münasibətləri normallaşdırmalıdır.
O, 1970-ci illərdə ABŞ prezidenti Riçard Niksonun Çinin dövlət rəhbəri Mao Zidonqla münasibətləri yaxşılaşdırmaq üçün qurduğu əlaqələri misal gətirib. “Nikson Çinə nifrət edib. Çin kommunist ölkə idi. Lakin Nikson ağıllı idi, o bilirdi ki, Sovet İttifaqına qarşı Çinlə münasibətləri yaxşılaşdırmalıdır” – Şen Denqli vurğulayıb.
Denqli qeyd edib ki, ABŞ Çinin nüvə silahı ilə sülh şəraitində yaşamalı idi və indi də Şimali Koreya ilə sülh içində yaşamalıdır. Əks halda konfliktdən ABŞ zərərli çıxacaq.
Ekspertə görə Tramp əvvəl-axır dialoq variantını seçəcək və Niksonun Mao ilə oturduğu kimi Kimlə oturub razılığa gələcək.
“Tramp ağıllıdır. O, Şimali Koreyanı qəbul edən ilk ABŞ prezidenti olacaq” - Denqli bəyan edib.