Yeni partiya qurulur

Yeni partiya hazırlıqları aparan Türkiyənin keçmiş naziri Əli Babacan partiyanın təqdimatını 15 sentyabrda edəcək.Bu barədə "Habertürk" yazıb. Qeyd edilir ki, partiyanın təqdimetməsi bir qədər erkən də ola bilər. Bundan əlavə ictimaiyyətin tanıdığı, güvəndiyi bir neçə jurnalistdən sualların əvvəlcədən alınması, nüfuzlu 4 jurnalistin qatılacağı bir proqramda sualların cavablandırması kimi üsulların müzakirə edildiyi də gələn məlumatlr arasındadır."Təqdimetmə nərasimində 11-ci prezident Abdullah Gül səhnəyə, ictimaiyyət qarşısına çıxacaq komandada yer almayacaq. Amma o, fikrən, ruhən Bacanla birlikdədir. Ən azından hələlik səhnə qarşısında yoxdur", - deyə bildirilir.