Qurban Qurbanov: Əsas fikrimiz rəqibdən çəkinməmək idi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ" Bakı Olimpiya Stadionunda "Arsenal"a 0:3 hesabıyla məğlub olub.
komandamızın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında öz fikirlərini bildirib:
"Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq. Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu".