Həbsxanalarda 10 siyasi məhbus aclıq edir
Azərbaycan həbsxanalarında bloger Mehman Hüseynovla yanaşı daha 9 siyasi məhbus aclıq edir. Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib.
Bununla onlar Mehman ilə həmrəy olduqlarını bildirirlər və digər siyasi məhbusların da azadlığa buraxılmasını tələb edirlər.
Hüquq müdafiəçisinin sözlərinə görə, həbsxanalarda aksiya iştirakçılarına təzyiqlərlə bağlı məlumatlar var. Bununla belə, digər siyasi məhbuslar da aksiyaya qoşulmaq niyyətindədir.
Bloger M.Hüseynovdan başqa həbsxanada aclıq edənlər İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, Əhsən Nuruzadə, Qiyas İbrahimov, Rəşad Ramazanov, Fikrət Fərəməzoğlu, Azad Həsənovdur.
Eyni zamanda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində heç kim aclıq etmir.










