Mehman Hüseynova dəstək aksiyası davam etdirilir
Müsavat Partiyasının qərargah-mənzilində "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir.
Cümə günü aksiya iştirakçısı, Müsavat Partiyasının idarə heyətinin üzvü Tofiq Yaqublunun verdiyi məlumata görə, bu gün Sənubər Heydərova aksiyaya qoşulub.
Yanvarın 4-də aclığa başlayan Yaqublu ilə yanaşı, aksiyada ayın 6-dan ona qoşulmuş Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev və Rövşən Niftalızadə iştirak edirlər.
Bundan başqa, yanvarın 9-da Natiq İsrafil də aclığı davam etdirir.
Aksiya bloger Mehman Hüseynova qarşı yeni cinayət işi və onun aclıq elan etməsi ilə əlaqədar başlayıb.










