Keçmiş nazirin oğlu Almaniyada 6 milyon avroluq bina alıb
17 il bu hakimiyyətin naziri işləmiş Hüseynqulu Bağırov görün xaricə nə qədər sərvət daşıyıb. Əminəm ki, Mircəfər öz qardaşı nəvəsini heç vaxt bağışlamazdı.
Öncə Avropa boyu sabiq nazirə bağlı şirkətlərin siyahısına diqqət yetirin. Britaniya Krallığı, Almaniya, Avstriya, Çexiya, Kipr, Türkiyə...
Hələlik bəlli olanlar bunlardır. Dərd bir Mircəfərin qardaşı nəvəsi olsaydı dərd yarıydı. Hər kəs oğurlayır, hər kəs daşıyır. Bu qədər sərvət yağmalanır, kimsə görmür, tükü tərpənmir, hamı seyr edir.
- NORDFIELDS MANAGEMENT LIMITED - İngiltərə
- NORDFIELDS HOSPITALITIES LTD - İngiltərə
- NORDFIELDS INVESTMENTS LIMITED - İngiltərə
- STAMINA INVESTMENTS LIMITED - İngiltərə
- WELGEAR INVESTMENTS LIMITED - Kipr Respublikası
-STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED - Türkiyə
- DEREAN LIMITED - İngiltərə
- LIEGENSCHAFTSVERWERTUNGS GmbH - Avstriya
- WU IMMO CENTER GMBH - Almaniya
- REANDER LIMITED - İngiltərə
- ROMERSTAL INVESTMENTS LIMITED - İngiltərə
- LLOYD MCKENZIE LIMITED - İngiltərə
- WU TRAINING CENTRE UK LTD - İngiltərə
- TURNKEY SOLUTIONS LIMITED - İngiltərə
- ISLA INVESTMENT, S.R.O. - Çexiya

Hüseynqulu Bağırovun ailəsinə məxsus NORDFIELDS MANAGEMENT LIMITED şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İingiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb. Şirkət Hüseyqulu Bağırovun qızı 1989-cu il, iyul təvəllüdlü Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.
Sevinc Bağırovanın İngiltərədəki evi i85-87, Borough High Street, London ünvanında yerləşir. Söhbət hansısa bir mənzildən yox, mülkiyyət olaraq satın alınmış iri binadan gedir.

Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət NORDFIELDS HOSPITALITIES LTD də 2015-ci ilin uyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.Yəni Bağırovlar İngiltərədə bir gündə iki şirkət açıblar. NORDFIELDS HOSPITALITIES LTD SC507488 saylı qeydiyyat şəhadətnaməsi alıb. Hal-hazırda da fəaliyyət göstərir. Qeydiyyat ünvanı:
85-87, Borough High Street, London, England
Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-cü ilin oktyabrın 9-da Şotlandoyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan Buchanan Arms Oteli alıb. Otel 3 ulduzlu olsa da müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.










