Azərbaycan ordusunun əsgəri həlak olub.
Azərbaycan ordusunun əsgəri, Ağsu sakini Saleh Füzuli oğlu Dəmirov həlak olub. Bu barədə Ağsu sakinləri bildiriblər. Onlar əsgərin hansı səbəbə həlak olması barədə dəqiq məlumatlarının olmadığını söyləyiblər.
Ağsu Rayon İcra hakimiyyətindən faktı təsdiqləyiblər. Əsgərin rayonda dəfn edildiyini söyləyiblər:
"İlkin məlumatda deyilir ki, o, ürəktutmasından dünyasını dəyişib. Ancaq sonradan əlavə məlumat verilibmi, verilməyibmi, bilmirik".
Əsgər Saleh Dəmirov bu gün hərbi xidmətini başa vurub evə qayıdacaqmış.










