Bakıda və Abşeronda hava aydın olacaq,
Yaxın iki gündə Bakıda və Abşeronda hava aydın olacaq, yağıntı olmayacaq. Çərşənbə axşamı cənub-qərb küləyi əsəcək, tədricən güclənəcək.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 6-9, gündüz 12-14 isti dərəcə olacaq.
Ölkə rayonlarında əsasən yağıntı olmayacaq. Çərşənbə axşamı aran rayonlarında havanın temperaturu 9-14, dağlarda 4-8 dərəcə isti olacaq.










