Son beş ildə Azərbaycanda öz biznesini qurmuş qadınlar dairəsi genişlənib.
Son beş ildə Azərbaycanda öz biznesini qurmuş qadınlar dairəsi genişlənib. 2012-2017-ci illər ərzində belə qadınların sayı iki dəfə artaraq, 145 min nəfərdən artıq olub. Bu zaman özəl sektorda gender bərabərsizliyi davam edir, baxmayaraq ki, təhsil, səhiyyə, qanunvericilik sahəsində cinsi bərabərhüquqluluqda uğurlar var.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar kişilərdən daha çox əmək müqaviləsiz işləyir. Onlar dənişsiz məişət işləri ilə 2,5 dəfə daha çox məşğuldurlar, kişilərdən 23% az əmək haqqı alırlar.
BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, İsveçrənin Azərbaycandakı səfirliyi və digər təşkilatlar tərəfindən Azərbaycanda aparılmış sosioloji araşdırmanın nəticələri belədir.
Araşdırma göstərir ki, Azərbaycan gender bərabərsizliyini aradan qaldırmaqla, iqtisadi potensialını xeyli artıra bilər. Qadınlar kişilərlə bərabər şəkildə işləyə bilsələr, 2025-ci ilə qədər ölkənin ümumi məhsulu 25% artaraq, 12 mlrd. dollara çatar.
BMT-nin İnkişaf Proqramı Azərbaycana qadınların şəxsi biznesə cəlb edilməsi üçün imkanları genişləndirməyi təklif edir.
BMT-nin yeni regional proqramı - "Cənubi Qafqazda qadınların iqtisadi hüquqlarının artırılması" da Cənubi Qafqazda qadınlar arasında biznesin inkişafına həsr olunub.
Azərbaycanda proqramın icraçıları yuxarıda adı çəkilən təşkilatlardır, amma İsveçrə səfirliyi yerinə bu proqrama Avstriyanın Azərbaycandakı səfirliyi cəlb edilib. Proqramın sponsoru Avstriya İnkişaf Agentliyidir.










