Rayonlarda leysan yağacaq
Sentyabrın 27-də Bakıda və Abşeronda şimal-qərb küləyi əsəcək, gecə yağış gözlənilir, sinoptiklər bildiriblər.
Havanın temperaturu gündüz +19+21 dərəcə olacaq.
Ölkə rayonlarında leysan yağacaq, şimşək çaxacaq, güclü qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu +22+27, dağlarda +12 +17 dərəcə olacaq










