Şənbə günü hava haqqında
Şənbə günü Bakıda və Abşeronda hava buludlu olacaq, bəzi yerlərdə qısamüddətli yağış yağacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz +25+28, gecə +17+20 dərəcə olacaq.
Ölkə rayonlarında yağış yağacaq, şimşək çaxacaq, bəzi yerlərdə dolu düşəcək.
Gündüz aran rayonlarında havanın temperaturu +30, dağlarda +17 dərəcə olacaq.
Şənbə günün ikinci yarısında ölkə ərazisində hava korlanacaq. Yağış yağacaq, şimşək çaxacaq, bəzi yerlərdə dolu düşəcək. Qərb küləyi güclənəcək. Dağ çaylarında daşqın və sel gözlənilir.










