İsti hava şəraiti davam edəcək
Sentyabrın 11-də Bakıda və Abşeronda isti hava şəraiti davam edəcək, axşama yaxın yağış yağa bilər. Havanın temperaturu +27+32 dərəcə olacaq. Şimal küləyi əsəcək, axşama doğru güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Ölkənin şimal rayonlarında yağış yağacaq. Havanın temperaturu aran rayonlarında +36 dərəcə olacaq. Dağlarda +23 dərəcə olacaq.










