SOCAR maye qazın qiymətini artırıb
2018-ci il avqustun 18-də Aİ-95 markalı benzinin qiymətinin 1.25 manatdan 1.50 manatadək artırılması ilə sürücülərin şoka düşməsindən sonra ekspertlər bu ilin sentyabrında kommunal xidmətlərin və digər benzin markalarının bahalaşacağını bildirdilər.
Sentyabrın 7-də kədərli proqnoz özünü doğrultmağa başladı. Oxucular bildiriblər ki, SOCAR Dövlət Şirkətinin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün satılan maye qazın qiyməti bu gündən bir litrə görə 45 qəpik olub (əvvəl 40 qəpik idi). Yəni, 12%-dən çox artım olub.










