Cümə axşamı yağıntısız hava şəraiti davam edəcək
Sentyabrın 6-da Bakıda və Abşeronda hava aydın, yağıntısız olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri məlumat veriblər.
Şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gündüz +30 dərəcə olacaq.
Çimərliklərdə suyun temperaturu +24+26 dərəcə olacaq.
Ölkə rayonlarında yağıntı gözlənilmir. Ancaq dağ rayonlarında qısamüddətli yağış yağa bilər.
Havanın temperaturu aran rayonlarında +33, dağlarda +23 dərəcə olacaq.










