Rusiyadan quş əti idxalı dayandırıldı - "quş qripi" var!

Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb.
Milliqazetin məlumatına görə, bu qərara səbəb vilayət ərazisində ev quşlarında "quş qripi"nin qeydə alınması olub.
Qeyd olunur ki, qərar yanvarın 5-dən başlayaraq qüvvəyə minir.
Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı qadağan edilib.