150 manata görə adam öldürən şəxslərin işi - bir-birlərinə qarşı ifadə veriblər
150 manata görə adam öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.
Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışında bir müddət əvvəl borc olaraq 150 manat alıb.
V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Onlar arasında mübahisəsi davaya çevirilib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.
Hadisədən sonra İlham Əliyevin də cinayət işində əli olduğu məlum olub.
Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.
Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.